Ötən ilin sonuna olan məlumata əsasən, Azərbaycan Mərkəzi Bankının (AMB) Qərbi Avropadakı aktivlərinin həcmi 2,252 milyard manat təşkil edib.
Finss.az AMB-yə istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin sonu ilə müqayisədə 439 milyon manat və ya 16,3% azalıb.
2023-cü ilin sonunda isə AMB-nin Qərbi Avropadakı aktivləri 2,691 milyard manat olub.
Hesabat dövründə AMB-nin Qərbi Avropadakı aktivlərinin 547 milyon manatı pul vəsaitləri və onların ekvivalentləri, 1,705 milyard manatı isə borc qiymətli kağızlar üzrə olub.
Fuad Mədətov
Finss.az