BANK

27 May

Fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi azalıb - AMB

Cari ilin birinci rübündə fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 0,6 faiz bəndi azalaraq dövrün sonuna 33,1 faizə enib.

Bu barədə Finss.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata əsasən, qeyri-rezident fiziki şəxslərin əmanətləri nəzərə alınmadan ev təsərrüfatlarının əmanətlərində dollarlaşma səviyyəsi 30,1 faiz olub.

Son bir il ərzində fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 2 faiz bəndi, qeyri-rezidentlərin əmanətləri çıxılmaqla ev təsərrüfatlarının dollarlaşma göstəricisi isə 1,4 faiz bəndi azalıb.

Bundan başqa, mart ayının sonuna hüquqi şəxslərin depozitlərində xarici valyutanın payı 46,2 faiz təşkil edib.

Fuad Mədətov
Finss.az