2025-ci ilin yanvarın 1-nə olan məlumata görə, Azərbaycan Mərkəzi Bankının (AMB) hökumət idarələri qarşısında öhdəliklərinin həcmi 7,990 milyard manat təşkil edib.
Bu barədə Finss.az AMB-yə istinadən xəbər verir.
Hesabatda qeyd olunub ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,231 milyard manat və ya 2,1 dəfə artıb.
Ötən ilin yanvarın 1-də AMB-nin hökumət idarələri qarşısında öhdəlikləri 3,759 milyard manat olub.
Fuad Mədətov
Finss.az