BANK

21 May

1 milyon manatadək refinans krediti və aşağı xidmət haqqı

Azərbaycan Beynəlxalq Bankı ASC sahibkarlar və hüquqi şəxslər üçün “Biznes refinans” kredit məhsulunu təqdim edir.

Finss.az xəbər verir ki, bu məhsul vasitəsilə müştərilər digər banklar və bank olmayan kredit təşkilatlarında (BOKT) olan mövcud kreditlərini yenidən maliyyələşdirə bilərlər.

Kreditin maksimal məbləği 1 milyon manat və ya valyuta ekvivalentində, müddəti isə 60 aya qədər müəyyən olunub. Faiz dərəcəsi 12%-dən başlayır və mövcud faiz dərəcəsinə qədər 4% endirim tətbiq edilə bilər. Xidmət haqqı 0,5%-ə qədər olur və təminat tələb olunur. Güzəşt müddəti isə 3 aya qədər nəzərdə tutulur.

Ödəniş şərtlərində müxtəlif variantlar mövcuddur. Müştərilər annuitet, differensial və ya individual ödəniş cədvəllərindən özlərinə uyğun olanı seçə bilərlər.

Bu kredit məhsulu mövcud borclarını daha əlverişli şərtlərlə idarə etmək istəyən sahibkarlar və hüquqi şəxslər üçün əlverişli imkan yaradır.

Ətraflı məlumat üçün keçid: //abb-bank.az/az/kicik-ve-orta-biznes/biznes-kreditleri/biznes-refinans-krediti-kredit-xetti

Fuad Mədətov
Finss.az