BANK

21 May

Dövriyyə kapitalını artırmaq üçün fərdi ödəniş cədvəli ilə kredit xətti

Azərbaycan Beynəlxalq Bankı ASC yerli və xarici valyutada dövriyyə vəsaitlərinin artırılması üçün “Dövriyyə” krediti və kredit xətti təklif edir.

Finss.az xəbər verir ki, bu məhsul çərçivəsində müştərilər üçün ödəniş qrafiki və tranşların istifadəsi sərbəst şəkildə həyata keçirilir. Yəni, müştəri tərəfindən ödənilən məbləğ yenidən sərbəst formada istifadə oluna bilər.

Kredit xəttinin maksimal məbləği 1 milyon manat və ya valyuta ekvivalentindədir. Kreditin müddəti 36 aya qədərdir. Faiz dərəcəsi yerli valyutada illik 12%-dən, ABŞ dolları və avro valyutalarında isə 5%-dən başlayaraq tətbiq edilir. Xidmət haqqı 1%-dək müəyyənləşdirilib.

Ödəniş şərtləri müxtəlif variantlarda təqdim olunur: annuitet, differensial, individual və sərbəst (azad) ödəniş cədvəlləri mövcuddur. Bu, müştərilərə ödənişlərini öz imkanlarına uyğun şəkildə planlaşdırmağa imkan verir. Müraciət etmək istəyənlər Azərbaycan Beynəlxalq Bankının filiallarına və ya rəsmi saytına müraciət edə bilərlər.

Ətraflı məlumat üçün keçid: //abb-bank.az/az/kicik-ve-orta-biznes/biznes-kreditleri/dovriyye-krediti-kredit-xetti

Fuad Mədətov
Finss.az