“Azərbaycan Beynəlxalq Bankı” ASC alıcı və təchizatçılar arasında bağlanmış müqavilələrin icrasına maliyyə dəstəyi göstərmək məqsədilə sahibkarlara “Təchizatın maliyyələşdirilməsi” adlı yeni kredit məhsulunu təqdim edir.
Finss.az xəbər verir ki, bu məhsul çərçivəsində sahibkarlar alış sifarişi və ya təchizat müqaviləsində qeyd olunan məbləğin 80 faizinə qədər təminatsız maliyyə vəsaiti əldə edə bilirlər. Kreditin maksimal məbləği 1 milyon manat, müddəti isə alış sifarişinin bitmə tarixindən əlavə 30 gün olmaqla ümumilikdə 12 ayadək müəyyən olunub. Faiz dərəcəsi kredit məbləğindən asılı olaraq fərqlənir: 50 min manatdan aşağı məbləğlər üçün illik 15 faizdən, 50–150 min manat arası üçün 14 faizdən və daha yüksək məbləğlər üçün isə 13 faizdən başlayır. Xarici valyutada isə faiz dərəcələri 6–8 faiz arasında dəyişir. Xidmət haqqı isə maksimum 1 faiz, minimum isə 100 manat təşkil edir. Bu məhsul, xüsusilə müqavilə öhdəliklərini vaxtında yerinə yetirmək və dövriyyə imkanlarını genişləndirmək istəyən sahibkarlar üçün əlverişli maliyyə həllidir.
Ətraflı məlumat üçün keçid: //abb-bank.az/az/kicik-ve-orta-biznes/biznes-kreditleri/techizatin-maliyyelesdirilmesi
Fuad Mədətov
Finss.az