BANK

21 May

Bu BOKT-un 2024-də kredit portfeli 18 dəfə artıb

Finss.az - 2024-cü ildə nizamnamə kapitalını 10 dəfə artıran “Bank Olmayan Kredit Təşkilatı Caspian İnvest” MMC maliyyə göstəricilərində əhəmiyyətli artım nümayiş etdirib.

Marja.az-ın məlumatına görə, təşkilat 2024-cü ili 182 min manat xalis mənfəət ilə yekunlaşdırıb, halbuki 2023-cü ildə 97 min manat xalis zərər etmişdi.

Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanan məlumatlara əsasən, “BOKT Caspian İnvest” ötən il dövlət büdcəsinə 364 min manat məbləğində mənfəət vergisi ödəyib.

2024-cü ildə kredit təşkilatının faiz gəlirləri 284 dəfə artaraq 1,915 milyon manata çatıb. 2023-cü ildə bu rəqəm cəmi 6,735 manat idi. Kredit portfeli də ciddi şəkildə genişlənib – 18 dəfədən çox artaraq ilin sonunda 12,209 milyon manata yüksəlib. 2023-cü ilin sonunda kredit portfeli 671 min manat təşkil etmişdi.

Kreditlərin təqdim edilməsi əsas fəaliyyət istiqaməti olan “BOKT Caspian İnvest” 31 dekabr 2024-cü il tarixində 10 filial və 64 nəfər əməkdaşla fəaliyyət göstərib. Qeyd edək ki, 2023-cü ildə təşkilatda yalnız 13 əməkdaş çalışırdı.

“BOKT Caspian İnvest” 17 avqust 2004-cü il tarixində dövlət qeydiyyatına alınıb. 2023-cü ildə isə təsisçiləri və rəhbərliyi dəyişərək yenilənmiş strukturla fəaliyyətini davam etdirir.