BANK

20 May

Rəqəmsal rublun büdcədə tam istifadəsi 2026-cı ilin yanvarından başlayacaq

Finss.az - 2025-ci ilin oktyabrından etibarən Rusiya Federasiyasının federal büdcəsində rəqəmsal rubl məhdud miqdarda əməliyyatlarda tətbiq olunacaq.

Tam olaraq isə rəqəmsal rublun büdcə gəlirləri və xərclərində istifadəsi 1 yanvar 2026-cı ildən planlaşdırılır.

Maliyyə Nazirliyinin təklif etdiyi və bu il apreldə hökumətə təqdim edilən qanun layihəsi mayın 19-da hökumətin qanunvericilik komissiyası tərəfindən təsdiq edilib. Qanun layihəsinə əsasən, Federal Xəzinədarlıqda rəqəmsal rubl üçün ayrıca hesab açılacaq. Dövlət qurumları və müəssisələr bu hesab vasitəsilə həm daxilolmaları, həm də xərcləri həyata keçirə biləcəklər.

2025-ci ildə rəqəmsal rublun pilot tətbiqi məhdud sayda büdcə xərcləri üzrə nəzərdə tutulub. Bu siyahı Mərkəzi Bankla razılaşdırıldıqdan sonra hökumət tərəfindən təsdiqlənəcək. Bu addım 2024-cü il avqustun 2-də prezidentin verdiyi tapşırığa əsaslanır.

Rusiya Hüquqşünaslar Assosiasiyasının rəhbəri Vladimir Gruzdev bildirib ki, rəqəmsal rubl cari ildə məhdud formatda istifadəyə verilə bilər. Lakin xərclərin konkret istiqamətləri hökumət və Mərkəzi Bank arasında razılaşmadan sonra məlum olacaq.

Bank bazarının iştirakçıları isə rəqəmsal rublun tam istifadəsinin 2026-cı ilin ortalarından sonra mümkün olacağını qiymətləndirirlər.