MÜSAHİBƏ

19 May

BOKT-larin maliyyə mənbələrinə çıxışı genişlənir

Finss.az - Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank olmayan kredit təşkilatlarının (BOKT) alternativ maliyyələşdirmə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi ilə bağlı görüş keçirib.

Görüşdə Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), ona üzv təşkilatlar və digər BOKT-lərin rəhbər şəxsləri iştirak edib. Tədbirdə cari ilin ilk rübü üzrə bank olmayan kredit təşkilatlarının fəaliyyət nəticələri, yeni qəbul edilmiş “Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə” və sahədəki inkişaf perspektivləri müzakirə olunub.

AMB sədri Taleh Kazımov BOKT-lərin qarşılaşdığı çətinlikləri və onların institusional potensialının gücləndirilməsi ilə bağlı tədbirlərin vacibliyini vurğulayıb. Alternativ maliyyələşdirmə mənbələrinə çıxış imkanlarının artırılması sahəsində geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda tərəflər qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi və bank olmayan kredit təşkilatlarının dayanıqlı inkişafı üçün birgə fəaliyyətin vacibliyini qeyd ediblər.