Kapital Bank dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi üçün güzəştli SİF (Sahibkarlığın İnkişafı Fondu) kreditlərini təklif edir.
Finss.az xəbər verir ki, bu kredit məhsulu hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulub.
Kreditin məbləği 5 000 AZN-dən başlayaraq 10 milyon AZN-ədəkdir. Maksimal müddət 10 ilə qədər müəyyən edilib. İllik faiz dərəcəsi 5%-dək, güzəşt müddəti isə kreditin ümumi müddətinin yarısına qədər ola bilər.
200 min manatadək olan kreditlər üzrə investisiya layihəsinə dair məlumat təqdim olunmalıdır. 200 min manatdan artıq kreditlər üçün isə ətraflı biznes plan tələb olunur. Eyni zamanda, sahibkarın fəaliyyət göstərəcəyi yerə və ya əmlaka dair sənədlərin surətləri də təqdim edilməlidir.
Ətraflı məlumat üçün keçid: //birbank.business/kreditler/sif-kreditleri/guzestli-kredit?id=1
Fuad Mədətov
Finss.az