Kapital Bank müştərilərinə “Kapital depoziti” üzrə yerləşdirdikləri depozit məbləğinin maksimum 90%-i həcmində, ən azı 500 AZN/USD olmaqla nağd kredit və ya kart üzrə kredit xətti təklif edir.
Finss.az xəbər verir ki, kreditin minimal məbləği 500 AZN/USD-dir, maksimal məbləğ isə əmanət məbləğinin 90%-inə qədərdir. Kredit müddəti əmanətin bitmə tarixindən əvvəlki iş gününə qədər müəyyən olunur. İllik faiz dərəcəsi AZN əmanətlər üzrə +5%, USD əmanətlər üzrə +4% təşkil edir. Kredit xəttinin müddəti əmanət bitmə tarixindən bir ay əvvələdəkdir.
Kredit götürmək üçün şəxsiyyət vəsiqəsi tələb olunur; hərbçilər üçün əlavə olaraq hərbçinin şəxsi vəsiqəsi, xarici vətəndaşlar üçün isə şəxsiyyəti təsdiq edən sənəd tələb edilir.
Ətraflı məlumat üçün keçid: //www.kapitalbank.az/loans/etk
Fuad Mədətov
Finss.az