Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının tərəfdaşlığı ilə həyata keçirilən "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin gücləndirilməsi" layihəsi çərçivəsində “PAŞA Bank” kənd təsərrüfatının maliyyələşdirilməsi üçün aqrokreditlər təklif edir.
Finss.az xəbər verir ki, bank investisiya kreditləri, qısa müddətli dövriyyə vəsaitlərinin artırılması və dəyər zəncirinin maliyyələşdirilməsi üzrə kreditlər təqdim edir. Kreditlər Azərbaycan manatı və ABŞ dolları ilə verilir. Kredit məbləği 50 000-dən 1 000 000 AZN/ABŞ dollarına qədərdir. Kredit müddəti 24 ayadək, güzəştli dövr isə 6 aya qədər nəzərdə tutulub. Faiz dərəcəsi və kreditin verilməsi üzrə komissiya fərdi razılaşma əsasında müəyyən edilir. Ödəniş cədvəli isə ya annuitet, ya da xüsusi qrafik üzrə həyata keçirilir.
Ətraflı məlumat üçün keçid: //www.pashabank.az/kredit_manat_dollar_euro_corporate_loans,913/lang,az/
Fuad Mədətov
Finss.az