BANK

19 May

Manatın 2025-ci ilin 4 ayında məzənnəsi açıqlanıb

Finss.az - 2025-ci ilin yanvar-aprel dövründə Azərbaycan manatının 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manat səviyyəsində olub.

Eyni zamanda, 1 Avronun orta məzənnəsi 1,82 manat təşkil edib. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 100 Türk lirəsinin orta məzənnəsi 4,65 manat, 100 Rusiya rublunun isə 1,88 manat olduğu bildirilib.