"Xalq Bank" ASC Sahibkarlığın İnkişaf Fondunun (SİF) vəsaiti hesabına sahibkarlara güzəştli şərtlərlə kreditlər təqdim edir.
Finss.az xəbər verir ki, kreditlərin maksimal müddəti 120 ayadək, illik faiz dərəcəsi isə sabit 5% təşkil edir.
Kredit məbləğləri üç kateqoriyaya bölünür:
- Kiçikhəcmli kreditlər: 5 000 - 50 000 AZN, müddət 36 ayadək;
- Ortahəcmli kreditlər: 50 001 - 1 000 000 AZN, müddət 60 ayadək;
- Böyükhəcmli kreditlər: 1 000 001 - 10 000 000 AZN, müddət 120 ayadək.
Kreditin maksimal güzəşt müddəti ümumi müddətin yarısını əhatə edir. Güzəşt dövründə borcalan yalnız faizləri ödəyir, əsas borc üzrə ödəniş edilmir.
Təminat kimi zaminlik və daşınmaz əmlak qəbul olunur. Girov təminatı olan əmlak sığortalanır. Kreditə komissiya məbləği kreditin 0.5%-i qədərdir (minimum 20 AZN, maksimum 1000 AZN).
Kredit hüquqi şəxslərə və fərdi sahibkarlara verilir. Borcalan Azərbaycan vətəndaşı olmalı və ya Azərbaycan qanunvericiliyinə uyğun təsis edilmiş hüquqi şəxs olmalıdır. Kredit götürənlərin yaşı 20-dən 70-ə qədər (kredit müddətinin sonuna kimi) olmalıdır.
Azərbaycan Respublikası Sahibkarlığın İnkişaf Fondu iqtisadiyyatın prioritet sahələrində fəaliyyət göstərən sahibkarlara dəstək məqsədilə güzəştli kreditlər təqdim edir.
Ətraflı məlumat üçün keçid: //www.xalqbank.az/az/korporativ/kreditler/sif-kreditleri/diger-melumatlar
Fuad Mədətov
Finss.az