"Yelo Bank" ASC Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vəsaitləri hesabına kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermerlərə mikro kreditlər təqdim edir.
Finss.az xəbər verir ki, kredit məbləği 500 AZN-dən 15 000 AZN-dək, müddəti isə 6 ay ilə 36 ay arasında dəyişir.
Kredit məhsulunda 12 aya qədər güzəşt müddəti, illik faiz dərəcəsi 12%, komissiya dərəcəsi isə məbləğ və müddətdən asılı olaraq 1%-dən 2%-ədək müəyyən edilir. Kreditdə girov tələb olunmur, lakin rəsmi gəlirə malik zamin tələb olunur.
Kredit götürmək üçün müraciət edənlərin şəxsiyyət vəsiqəsi, VÖEN-i və Elektron Kənd Təsərrüfatı Sistemində (EKTİS) qeydiyyatda olmaları vacibdir. Bundan əlavə, son iki il ərzində kredit tarixçəsində gecikdirilmiş borc olmamalıdır.
Faktiki illik faiz dərəcəsi (FİFD) minimum 13.08%, maksimum isə 24.37% təşkil edir.
Bank bildirir ki, bu kreditlər kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən sahibkarlara çevik maliyyə dəstəyi göstərmək məqsədilə təqdim olunur.
Ətraflı məlumat üçün keçid: //www.yelo.az/az/business/loans/akia/
Fuad Mədətov
Finss.az