BANK

16 May

Biznesinizin inkişafı üçün avadanlıq kreditlərində rahat güzəşt imkanları

"AccessBank" QSC sahibkarlara avadanlıq alınması üçün nəzərdə tutulmuş güzəştli kredit məhsulları təqdim edir.

Finss.az xəbər verir ki, kreditin illik faiz dərəcəsi 5%-dək, müddəti isə 120 aya qədər müəyyən olunub.

Kreditlər üç kateqoriyaya bölünür:

  • Kiçikhəcmli kreditlər: 5 000 manatdan 50 000 manatadək, müddəti 3 ilədək;
  • Ortahəcmli kreditlər: 50 001 manatdan 1 000 000 manatadək, müddəti 5 ilədək;
  • Böyükhəcmli kreditlər: 1 000 001 manatdan 10 000 000 manatadək, müddəti 10 ilədək.

Güzəşt müddəti kreditin ümumi istifadə müddətinin ilk yarısını əhatə edir. Bu dövrdə sahibkarlar yalnız faiz borclarını ödəyir, əsas borc üzrə ödəniş tələb olunmur.

Bankın açıqlamasına görə, məhsul sahibkarlara maliyyə yükünü yüngülləşdirməyə və biznesin inkişafını dəstəkləməyə yönəlib.

Ətraflı məlumat üçün keçid: //www.accessbank.az/az/business/loans/edf/

Fuad Mədətov
Finss.az