BANK

16 May

Biznesini genişləndirmək istəyən sahibkarlara uzunmüddətli zəmanətli kredit

"AccessBank" QSC kiçik və orta sahibkarlara yönəlik zəmanətli kredit məhsulu təqdim edir.

Finss.az xəbər verir ki, kredit üzrə illik faiz dərəcəsi 15%-dək müəyyən olunub, faizlərin 50%-dək hissəsi dövlət tərəfindən subsidiyalaşdırılır.

Kreditin müddəti 36 ayadək, güzəşt müddəti isə 12 ayadək müəyyən edilib. Hər bir kredit üzrə zəmanətin kredit məbləğinə nisbəti 60%-dən artıq olmamalıdır.

Bankın açıqlamasına görə, kredit məhsulu sahibkarlara əlavə maliyyə dəstəyi vermək və onların fəaliyyətini genişləndirmək məqsədi daşıyır.

Ətraflı məlumat üçün keçid: //www.accessbank.az/az/business/loans/edf/

Fuad Mədətov
Finss.az