"AccessBank" QSC mikro sahibkarlar üçün myCard Mikro adlı yeni kredit kartı məhsulu təqdim edir. Kart üzrə kredit məbləği 15 000 AZN-ə qədər, kartın ümumi müddəti isə 60 ay təşkil edir. Müştərilər 24 ayadək kredit limiti və 50 günlük güzəşt müddətindən faydalana bilərlər.
Kredit üzrə illik faiz dərəcəsi 22-24%, komissiya haqqı isə 1% müəyyən edilib. Nağdlaşdırma üzrə komissiya tətbiq olunmur, kartın əldə edilməsi isə pulsuzdur.
myCard Mikro məhsulu çevik sənədləşmə prosesi, həm nağd, həm də nağdsız istifadə imkanı ilə fərqlənir. Kart üzrə ödənişlər növbəti ayın 20-nə qədər cəriməsiz şəkildə geri qaytarıla bilər. Yeni kredit limiti əldə etmək üçün təkrar sənədləşməyə ehtiyac yoxdur. Müştərilər AccessQazanc loqosu olan ticarət obyektlərində ödəniş etdikdə, məbləğin müəyyən hissəsini geri qazanmaq imkanı əldə edirlər.
Məhsuldan aktiv biznes fəaliyyəti olan şəxslər yararlana bilərlər.
Ətraflı məlumat üçün keçid: //www.accessbank.az/az/business/loans/micro/#offers
Fuad Mədətov
Finss.az