BANK

15 May

Aqrar sahədə çalışanlar üçün 12%-dən başlayan kredit təklifi

"AccessBank" QSC mövsümi mikro biznes fəaliyyəti ilə məşğul olan şəxslər üçün yeni kredit məhsulu təklif edir.

Finss.az xəbər verir ki, bankın təqdim etdiyi kreditin məbləği 15 000 manata qədər müəyyənləşdirilib. Kredit üzrə illik faiz dərəcəsi 12%-dən başlayır.

Yeni məhsul çərçivəsində kreditin müddəti 12 aya qədər, güzəşt müddəti isə 9 aya-dək nəzərdə tutulub. Bank, qeyri-mütəmadi gəlirli və aqrar sahədə fəaliyyət göstərən şəxslərin müraciətlərini bir iş günü ərzində nəzərdən keçirir.

Ətraflı məlumat üçün keçid: //www.accessbank.az/az/business/loans/micro/#offers

Fuad Mədətov
Finss.az