"Bank of Baku" ASC iri investisiya layihələrini maliyyələşdirmək istəyən sahibkarlar üçün yeni kredit məhsulu təklif edir.
Finss.az xəbər verir ki, kreditlər Azərbaycan manatı (AZN) və ABŞ dolları (USD) valyutalarında verilir.
Kredit məbləği 100 000 AZN-dən 1 300 000 AZN-ə qədər dəyişir. Kreditin müddəti 3 aydan 120 aya qədər müəyyən olunur. İllik faiz dərəcəsi 5%-dən başlayır.
Ödənişlər aylıq annuitet formasında həyata keçirilir. Kredit iri həcmli istehsalat, tikinti, infrastruktur və digər geniş miqyaslı biznes layihələrinin reallaşdırılması üçün nəzərdə tutulub.
Bu məhsul kapital tutumlu layihələr üçün uzunmüddətli və aşağı faizli maliyyə dəstəyi axtaran sahibkarlar üçün əlverişli imkan yaradır.
Ətraflı məlumat üçün keçid: //www.bankofbaku.com/az/biznes/kreditler/korporativ-kreditler/143
Fuad Mədətov
Finss.az