"Bank of Baku" ASC turizm sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarlar üçün xüsusi kredit məhsulu təqdim edir.
Finss.az xəbər verir ki, bu kredit, turizm bizneslərini genişləndirmək və inkişaf etdirmək istəyən sahibkarlar üçün əlverişli maliyyə dəstəyi təklif edir.
Kredit məhsulu AZN və USD valyutalarında, aylıq annuitet ödəniş forması ilə verilir. Komissiya haqqı 0%-dən, FİFD isə minimum 11%-dən başlayır.
Kreditə müraciət etmək üçün namizədlər 20-65 yaş aralığında olmalı və turizm üzrə kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdırlar. Təminat kimi daşınmaz əmlak tələb olunur.
Bu kredit imkanı, turizm sektorunda xidmət keyfiyyətini artırmaq və yeni layihələri reallaşdırmaq istəyən sahibkarlar üçün nəzərdə tutulub.
Ətraflı məlumat üçün keçid: //www.bankofbaku.com/az/biznes/kreditler/kos-kreditler/142
Fuad Mədətov
Finss.az