Bank of Baku istehsal sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarlar üçün sərfəli kredit məhsulu təklif edir.
Finss.az xəbər verir ki, kreditlər həm AZN, həm də USD valyutalarında təqdim olunur və aylıq annuitet ödəniş forması ilə həyata keçirilir.
Kredit üçün komissiya haqqı 0%-dən, FİFD isə minimum 11%-dən başlayır. Bu şərtlərlə, sahibkarlar bizneslərini genişləndirmək və istehsalat güclərini artırmaq imkanı əldə edirlər.
Kreditə müraciət edə biləcək şəxslər 20 yaşdan 65 yaşadək olan və istehsal üzrə kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdir. Kreditin təminatı kimi daşınmaz əmlak tələb olunur.
Bu məhsul, istehsal gücünü artırmaq istəyən sahibkarlar üçün əlverişli maliyyə dəstəyi təqdim edir.
Ətraflı məlumat üçün keçid: //www.bankofbaku.com/az/biznes/kreditler/kos-kreditler/141
Fuad Mədətov
Finss.az