"Rabitəbank" ASC ölkə ərazisində kənd təsərrüfatı ilə məşğul olan hüquqi və fiziki şəxslərə sərfəli şərtlərlə Fermer Krediti təqdim edir.
Finss.az xəbər verir ki, bank bu kredit məhsulu ilə fermerlərin məhsuldarlığını artırmağa, texnika və avadanlıq almağa, heyvandarlıq və əkin sahələrini genişləndirməyə imkan yaradır.
Fermer Krediti vasitəsilə bağçılıq, əkinçilik, heyvandarlıq və quşçuluq sahələrində çalışan sahibkarlar 500 AZN-dən 15 000 AZN-dək maliyyə dəstəyi əldə edə bilərlər. Kreditin verilməsi üçün minimum 12 aylıq təsərrüfat təcrübəsi tələb olunur.
Kreditin illik faiz dərəcəsi 5%-dən, bəzi hallarda isə 7%-dən başlayır. Müddət 3 aydan 36 ayadək müəyyən edilir. Kreditə görə komissiya haqqı 1-3% aralığında dəyişir. Effektiv illik faiz dərəcəsi (FİFD) isə 5%-dən başlayır.
Kredit vəsaiti Rabitəbankın öz maliyyə resursları ilə yanaşı, Sahibkarlığın İnkişafı Fondu (SİF) və Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən də maliyyələşdirilə bilər.
Kreditin təyinatına torpağın əkinə hazırlanması, aqrotexniki qulluq, gübrə və aqrokimyəvi maddələrin alışı, heyvandarlıq üçün yem tədarükü kimi xərclər daxildir. Bank həm ailə-kəndli fermer təsərrüfatlarını, həm də iri təsərrüfat subyektlərini hədəf auditoriyası kimi nəzərdə tutur.
Fermerlər Rabitəbankın bu məhsulundan istifadə etməklə təsərrüfatlarını böyütmək və kənd təsərrüfatında davamlı inkişafı təmin etmək imkanına sahib olurlar.
Ətraflı məlumat üçün keçid: //www.rabitabank.com/biznes/kreditler-biznes-aze/fermer-krediti
Fuad Mədətov
Finss.az