"Azər Türk Bank" ASC, İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müxtəlif kredit məhsulları təklif edir.
Finss.az xəbər verir ki, kreditlərin məbləği 30,000 AZN-dən 10,000,000 AZN-ə qədər dəyişir. Kreditlər üzrə maksimum müddət 84 ayadək, dövriyyə vəsaiti olanlar üçün isə 36 aya qədər müəyyən edilir. Kredit xətləri üzrə maksimum müddət isə 12 ayla məhdudlaşır. Kredit üzrə əsas borcun ödənilməsinə verilən maksimal güzəşt müddəti isə 23 aya qədər ola bilər.
Faiz dərəcəsi illik 14%-dən başlayır, subsidiya üzrə isə faiz dərəcəsi 8% və ya təşviq sənədi əsasında 10% təşkil edir. Dövlət zəmanəti kreditin 85%-dək olan hissəsinə təminat verir. Bu şərtlərlə, bizneslərə daha əlverişli maliyyələşmə imkanları təqdim edilir.
Ətraflı məlumat üçün keçid: //atb.az/subsidiya/
Fuad Mədətov
Finss.az