Finss.az - İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən indiyədək 54 min 342 borcalana ümumilikdə 3 milyard 500 milyon 519 min manat məbləğində kredit verilib.
Bu dövr ərzində fond həmçinin 549 milyon 443 min manat məbləğində biznes kreditlərinə zəmanət təqdim edib və 6 min 977 mənzili kirayəyə verməklə realizə edib.
İKZF-nin fəaliyyəti, həm fərdi, həm də biznes kreditləri sahəsində iqtisadiyyata mühüm dəstək verir. İpoteka krediti və biznes zəmanətləri ilə ölkə iqtisadiyyatının inkişafına yönəlmiş addımların atılması, xüsusilə real sektorda aktivliyin artırılmasına xidmət edir.
Qurumun yaradılması, 2017-ci ildə “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu”nun birləşməsi ilə mümkün olub. Birgə qurum, bu günə qədər dövlətin maliyyə dəstəyini təmin edən, uzunmüddətli ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi sahəsində əsas dövlət agenti kimi fəaliyyətini davam etdirir.