BANK

08 May

Bizneslərə qısa müddətli maliyyə dəstəyi: Overdraft məhsulunun avantajları

"Ziraat Bank Azərbaycan" ASC korporativ müştərilər üçün qısa müddətli maliyyələşdirmə imkanı təqdim edir.

Finss.az xəbər verir ki, bankın təqdim etdiyi overdraft məhsulu vasitəsilə müştərilər cari hesablarında olan məbləğdən daha çox vəsait istifadə edə bilirlər. Məhsul, əsasən, dövriyyə vəsaitlərinin maliyyələşdirilməsinə yönəlib və müştərilərin ödənişlərini vaxtında yerinə yetirmələrinə şərait yaradır.

Bankdan verilən məlumata görə, bu xidmət müqavilə müddəti ərzində overdraft limitindən istifadə imkanı yaradır və yalnız istifadə olunmuş məbləğə faiz hesablanır. Məhsul, biznes tərəfdaşlar qarşısında öhdəliklərin yerinə yetirilməsində əlavə maliyyə dəstəyi kimi nəzərdə tutulub.

Ətraflı məlumat üçün keçid: //ziraatbank.az/az/overdraft

Fuad Mədətov
Finss.az