BANK

07 May

Sahibkarlar üçün 5%-lə 10 ilədək sərfəli maliyyə dəstəyi

Bank VTB (Azərbaycan) ASC Sahibkarlığın İnkişaf Fondu ilə birgə əməkdaşlıq çərçivəsində sahibkarlara 10 milyon manatadək sərfəli şərtlərlə biznes krediti təklif edir.

Finss.az xəbər verir ki, bu maliyyə dəstəyi invəstisiya layihələrinin maliyyələşdirilməsi və avadanlıq alınması üçün nəzərdə tutulub.

İnvestisiya məqsədi ilə kredit şərtləri:

  • Məbləğ: 5 000 – 10 000 000 AZN
  • Müddət: 10 ilədək
  • Faiz dərəcəsi: cəmi 5%
  • Güzəşt müddəti: kredit müddətinin yarısı qədər

Avadanlıq alınması üçün kredit şərtləri:

  • Məbləğ: 5 000 – 3 000 000 AZN
  • Müddət: 5 ilədək
  • Faiz dərəcəsi: 9%
  • Güzəşt müddəti: 12 ayadək

Bu kreditlər sahibkarlara əsas fondların yenilənməsi, istehsal gücünün artırılması və yeni layihələrin reallaşdırılması üçün geniş imkanlar yaradır. Güzəştli faiz və uzunmüddətli ödəniş planı bizneslərin maliyyə yükünü azaldaraq onların daha sürətli inkişafına şərait yaradır.

Ətraflı məlumat üçün keçid: //vtb.az/business/loans/inkishaf-fondu/state-programm-loans/

Fuad Mədətov
Finss.az