BANK

07 May

Kiçik və orta biznes üçün 7 milyon manatadək kredit imkanı yaradılıb

Bank VTB (Azərbaycan) ASC kiçik və orta biznes subyektləri üçün sərfəli şərtlərlə 7 milyon manatadək kredit imkanı təqdim edir.

Finss.az xəbər verir ki, kreditlər AZN və RUB valyutalarında, 15-17% arası illik faiz dərəcəsi ilə 60 ayadək müddətə təklif olunur.

Kreditin məqsədləri:

  • Dövriyyə vəsaitinin artırılması (əmtəə-materialların alınması, təchizatçılarla hesablaşmalar);
  • Maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı xərclərin maliyyələşdirilməsi;
  • Digər banklardakı borcların yenidən maliyyələşdirilməsi;
  • Daşınar və daşınmaz əmlak, avadanlıq və inventarın alınması;
  • Əsas fondların yenilənməsi, təmiri və ya tikintisi;
  • Yeni fəaliyyət sahələrinin qurulması və biznesin genişləndirilməsi.

Əlavə üstünlüklər:

  • Komissiya xərci: cəmi 0.25%-dən başlayır
  • Güzəşt müddəti: 12 ayadək
  • Kreditin forması: birdəfəlik, bərpa olunan və ya bərpa olunmayan kredit xətləri
  • Təminat imkanları: daşınmaz əmlak, avadanlıq, bank vekselləri, əmanətlər və digər aktivlər

Bu kredit məhsulu Bank VTB (Azərbaycan) ASC-nin kiçik və orta sahibkarlığın inkişafına verdiyi davamlı dəstəyin göstəricisidir. Rəqəmsal xidmətlərdən istifadə edərək müraciət prosesi daha da sadələşdirilib.

Ətraflı məlumat üçün keçid: //vtb.az/business/loans/kicik-biznes-krediti/business-loans-1/

Fuad Mədətov
Finss.az