BANK

07 May

Ağır texnika üçün lizinq təklifi inşaat sektorunun maliyyə yükünü azaldır

Tikinti sahəsində fəaliyyət göstərən podratçılar üçün ağır texnika və avadanlıqların alınması böyük maliyyə vəsaiti tələb edir.

Finss.az xəbər verir ki, “MCB BOKT” QSC bu ehtiyacları nəzərə alaraq tikinti texnikalarının lizinqini təklif edir. Bu lizinq modeli inşaat sektorunun maliyyə yükünü azaldaraq, podratçıların daha rahat şəkildə avadanlıq əldə etməsinə imkan yaradır.

Lizinqin əsas şərtləri:

  • Maksimal lizinq müddəti: 48 ay

  • Minimal ilkin ödəniş: 20%

  • Xüsusi kampaniya: Uzunmüddətli tərəfdaşlıq çərçivəsində seçilmiş texnikalar üçün 24 aya qədər faizsiz lizinq imkanı

Lizinq üsulu tikinti sahəsində çalışan baş podratçılar, subpodratçılar və ya müstəqil podratçılar üçün texnikanı birdəfəlik almaq əvəzinə, istifadə müddətinə uyğun olaraq icarə haqqı ödəməklə əldə etməyə imkan yaradır. Bu isə həm kapital xərclərinə qənaət, həm də likvidliyin qorunması baxımından böyük üstünlükdür.

MCB BOKT tərəfindən təqdim edilən lizinq məhsulu vasitəsilə müştərilər qreyder, ekskavator, kran, buldozer və digər ağır texnikaları asan şərtlərlə əldə edə bilərlər.

Bu məhsul inşaat sektorunun böyüməsini və texnoloji cəhətdən yenilənməsini dəstəkləməklə yanaşı, sahibkarlara risklərini minimuma endirərək rəqabətqabiliyyətli fəaliyyət göstərməyə imkan verir.

Ətraflı məlumat üçün: //mcb.az/tikinti-texnikalarinin-lizinqi/

Fuad Mədətov
Finss.az