“MCB BOKT” QSC kommersiya fəaliyyəti ilə məşğul olan müəssisələr üçün yeni lizinq imkanları təqdim edir.
Finss.az xəbər verir ki, şirkət ofis, ev və ya pərakəndə satış obyektləri kimi daşınmaz əmlakın lizinqini təklif edərək, sahibkarlığın inkişafına dəstək verməyi hədəfləyir.
Yeni təklif çərçivəsində lizinq müddəti maksimum 72 aya qədər nəzərdə tutulub. Müştərilərdən tələb olunan minimal ilkin ödəniş isə cəmi 25% təşkil edir. Bu da bizneslərin əlavə maliyyə yükü çəkmədən fəaliyyətlərini genişləndirməsinə şərait yaradır.
Qeyd edək ki, bu lizinq növü xüsusilə icarəyə ofis, satış məntəqəsi və ya digər kommersiya obyektləri götürmək istəyən sahibkarlar üçün əlverişli hesab olunur. “MCB BOKT” bu məhsulla müştərilərinə uzunmüddətli və sabit ödəniş şərtləri ilə daşınmaz əmlakdan istifadəyə şərait yaradır.
Ətraflı məlumat üçün keçid: //mcb.az/biznes-m%c9%99qs%c9%99dli-dasinmaz-%c9%99mlakin-lizinqi/
Fuad Mədətov
Finss.az