BANK

05 May

Kiçik və orta sahibkarlara 250 000 AZN-dək dəstək krediti

AFB Bank ASC kiçik və orta sahibkarları dəstəkləmək məqsədilə 30001 AZN-dən 250 000 AZN-dək məbləğdə kredit təklif edir.

Finss.az xəbər verir ki, kredit həm hüquqi şəxslər, həm də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün nəzərdə tutulub.

Kreditin əsas şərtləri:

  • Kredit məbləği: 30 001 – 250 000 AZN/USD/EUR
  • Faiz dərəcəsi: 17% - 18%
  • Kreditin müddəti: 6 – 36 ay
  • Komissiya: 1%
  • Yaş həddi: 21 – 65 yaş (kreditin bitmə tarixinə qədər 70 yaşdan artıq olmamalıdır)
  • Təminat: Kredit məbləğindən və risk dəyərləndirməsindən asılı olaraq təyin edilir.

Əsas tələblər:

  • Borcalan Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi və ya fiziki şəxs olmalıdır.
  • Sahibkarlıq fəaliyyəti fasiləsiz ən azı 12 ay davam etməlidir.
  • Ümumi maliyyə vəziyyəti qənaətbəxş olmalıdır.

Bu kredit məhsulu istehsalat, xidmət və ticarət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarlığın inkişafı üçün mühüm maliyyə dəstəyi rolunu oynayır.

Ətraflı məlumat üçün keçid: //afb.az/kicik-ve-orta-sahibkarliq-krediti

Fuad Mədətov
Finss.az