BANK

05 May

Qrup halında kredit götürən sahibkarlara güzəştli maliyyə dəstəyi

“Qafqaz-Kredit” MMC kiçik sahibkarlar üçün mikro-biznes kredit məhsulları təqdim edir.

Finss.az xəbər verir ki, kreditlər qanunvericiliyə uyğun, ətraf mühitə və ictimai asayişə zidd olmayan fəaliyyətlər üçün dövriyyə kapitalı, avadanlıq alınması, təmir-tikinti və digər biznes ehtiyaclarının maliyyələşdirilməsinə yönəlib.

Fərdi kredit şərtlərinə əsasən, sahibkarlara 600-20 000 AZN məbləğində kreditlər 8-48 ay müddətinə illik 19.96%-24.70% dərəcəsi ilə təqdim olunur. Kreditin faktiki illik faiz dərəcəsi (FİFD) 25% təşkil edir və komissiya haqqı tələb olunmur.

Qrup kreditləri isə 3-7 nəfər sahibkardan ibarət həmrəylik qrupu şəklində təqdim olunur. Bu kreditlər 600-2 000 AZN aralığında, 8-24 ay müddətinə, eyni 19.96%-24.47% illik faiz dərəcəsi ilə verilir. Qrup zəmanət mexanizmi əsasında təqdim edilən bu kreditlərdə də komissiya tutulmur, FİFD 25%-dir.

Kredit almaq üçün aktiv VÖEN, kredit tarixçəsində gecikmələrin olmaması, zamin və ya girov, vergi və sosial ödəniş çıxarışları və etibarlı şəxsiyyət vəsiqəsi tələb olunur.

“Qafqaz-Kredit” sahibkarların maliyyə yükünü azaltmaq və onların işini genişləndirmək üçün sərfəli və şəffaf maliyyə imkanları təqdim edir.

Ətraflı məlumat üçün keçid: //qafqazkredit.az/mikro-biznes-qrup-krediti-2/

Fuad Mədətov
Finss.az