Azərbaycan Sənaye Bankı ASC “Biznesə Dəstək Krediti” çərçivəsində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə sərfəli şərtlərlə maliyyə dəstəyi təklif edir.
Finss.az xəbər verir ki, kredit məhsulu fəaliyyəti ən azı 6 ay davam edən bizneslərin inkişafına yönəlib.
Əsas şərtlər:
- Kredit müddəti: 36 aya qədər
- İllik faiz dərəcəsi: 12% – 18%
- Faktiki illik faiz dərəcəsi (FİFD): 14% – 19%
- Minimum məbləğ: 5.000 AZN/USD
- Maksimum məbləğ: fərdi yanaşma əsasında müəyyən olunur
- Komissiya: 1%
- Ödəniş forması: Aylıq annuitet cədvəli üzrə
- Təminat növləri: Daşınar/daşınmaz əmlak, qiymətli kağızlar, depozitlər, bank qarantiyaları
Bu kredit məhsulu bizneslərin dövriyyə vəsaitinin artırılması, əsas vəsaitlərin yenilənməsi və ya fəaliyyətin genişləndirilməsi üçün nəzərdə tutulub.
Ətraflı məlumat üçün keçid: //www.asb.az/az/biznes-kreditleri/biznes-destek-krediti
Fuad Mədətov
Finss.az