BANK

02 May

Ticarət, xidmət və istehsal sahəsində mikro bizneslərə 15 min manatadək maliyyələşmə

Kiçik miqyaslı biznes fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün maliyyə resurslarına çıxış vacib məsələlərdən biridir.

Finss.az xəbər verir ki, bu ehtiyacı nəzərə alan BOKT “İnkişaf üçün Maliyyə” MMC, mikro sahibkarlıq subyektləri üçün əlverişli şərtlərlə Mikro Kredit məhsulu təqdim edir.

Mikro Kreditin əsas şərtləri:

  • Kredit məbləği: 300 – 15.000 manat
  • Müddət: maksimum 36 ay
  • Faiz dərəcəsi: illik 21% – 27%
  • Komisyon haqqı: 1% – 2%
  • Faktiki illik faiz dərəcəsi (FİFD): 28.2% – 30%
  • Zaminlik: kredit məbləğinə uyğun olaraq tələb olunur

Bu kredit məhsulu ticarət, xidmət, istehsal və digər sahələrdə fəaliyyət göstərən mikro sahibkarlıq subyektlərinin ehtiyaclarını qarşılamaq məqsədi daşıyır. İstər dövriyyə vəsaiti, istərsə də kiçik avadanlıqların alınması üçün bu kreditdən yararlanmaq mümkündür.

Kiçik addımlarla böyük imkanlara

Mikro sahibkarlıq ölkə iqtisadiyyatında mühüm rol oynayır. “İnkişaf üçün Maliyyə” MMC-nin təqdim etdiyi bu kredit məhsulu mikro bizneslərin maliyyə dayanıqlığını gücləndirməklə yanaşı, onların fəaliyyət sahəsini genişləndirməyə də şərait yaradır. Kredit, həm mövcud bizneslərin inkişafı, həm də yeni mikro təşəbbüslərin reallaşdırılması üçün mühüm maliyyə alətidir.

Ətraflı məlumat üçün keçid: //www.findev.az/products

Fuad Mədətov
Finss.az