BANK

02 May

Sahibkarlığa 3 milyon manatadək zəmanət, 5 milyon manatadək kredit imkanı

Azərbaycanın aparıcı banklarından biri olan TuranBank ASC, İpoteka və Zəmanət Fondu vasitəsilə sahibkarlara daha əlçatan maliyyələşdirmə imkanları təqdim edir.

Finss.az xəbər verir ki, məqsəd ölkədə biznes mühitini gücləndirmək, əsas və dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi üçün şəffaf və səmərəli maliyyə alətlərini genişləndirməkdir.

Kreditin əsas parametrləri

İpoteka və Zəmanət Fondu çərçivəsində təqdim olunan kreditlərin məbləği minimum 30.000 manat, maksimum isə 5 milyon manat həcmində müəyyən edilir. Qeyd edək ki, bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə bu məbləğ 10 milyon manatı keçməməlidir.

Kreditin müddəti aşağıdakı qaydada müəyyən olunur:

  • Ümumi müddət: maksimum 7 il;
  • Əsas vəsaitin maliyyələşdirilməsi üçün: 36 ayadək;
  • Dövriyyə vəsaitinin maliyyələşdirilməsi üçün: 24 ayadək;
  • Güzəşt müddəti: maksimum 24 ay;
  • Kredit xəttinin müddəti: maksimum 12 ay.

Faiz subsidiyası və komissiya

Bu kreditlər üzrə komissiya haqqı 2% təşkil edir. Kreditlər üzrə faiz subsidiyası da nəzərdə tutulub:

  • Əgər kreditin illik faiz dərəcəsi 20%-dən çox deyilsə, dövlət tərəfindən subsidiyalaşdırma tətbiq olunur.
  • Müddəti 3 il və az olan kreditlər üçün – illik faiz dərəcəsinin 8%-i subsidiyalaşdırılır.
  • Müddəti 3 ildən artıq olan kreditlərdə isə subsidiyalar maksimum 3 il müddətində qüvvədə olur.

Zəmanət şərtləri

Fond tərəfindən verilən zəmanətlər yalnız əsas borc üzrə tətbiq edilir. Zəmanətin kreditə nisbəti 15%-dən az, 85%-dən çox olmamalıdır.

  • Bir borcalan üzrə minimum zəmanət: 15.000 manat;
  • Maksimum zəmanət: 3.000.000 manat;
  • Əlaqədar borcalanlar qrupu üzrə maksimum zəmanət: 6.000.000 manat.

Zəmanət üzrə öhdəliyin icrası

Əgər zəmanət verilmiş kredit üzrə gecikmə müddəti 120 günü keçərsə, müvəkkil bank Fond qarşısında tələb irəli sürmək hüququ qazanır. Bu tələb 150 gün ərzində qüvvədə qalır. Müəyyən olunmuş müddət ərzində müraciət olunmadıqda, zəmanət qüvvədən düşür.

Ətraflı məlumat üçün keçid: //www.turanbank.az/az/pages/21/820

Fuad Mədətov
Finss.az