BANK

02 May

Kənd təsərrüfatı layihələrinə dövlət dəstəyi ilə maliyyələşmə imkanı

TuranBank ASC Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı İnkişaf Agentliyinin (AKİA) vəsaitləri hesabına kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsini həyata keçirir. Bu təşəbbüs, aqrar sahədə innovasiya, məhsuldarlıq və dayanıqlı inkişafın təmin olunmasına yönəlib.

Maliyyələşdirilən istiqamətlər:

  • Kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması və satış proseslərinin təkmilləşdirilməsinə dair layihələr;
  • Regionların aqrar inkişafı üzrə innovativ təşəbbüslər;
  • İstehsal vasitələrinin (toxum, gübrə, texnika və s.) təchizatı və lizinqi ilə bağlı layihələr;
  • Heyvandarlıq təsərrüfatlarının dövlət-özəl tərəfdaşlığı çərçivəsində inkişafı;
  • Nazirliyin pilot layihələrinin maliyyələşdirilməsi.

Bu maliyyə dəstəyi sayəsində fermerlər və aqrar sahibkarlar öz təsərrüfatlarını genişləndirmək, müasir texnologiyalara keçid etmək və məhsuldarlığı artırmaq imkanları əldə edirlər.

TuranBank vasitəsilə bu layihələr üzrə kredit və ya maliyyə mexanizmlərindən yararlanmaq istəyən şəxslər müraciət edərək, dövlət dəstəkli güzəştli şərtlərlə maliyyələşmədən faydalana bilərlər.

Ətraflı məlumat üçün keçid: //www.turanbank.az/az/pages/21/428

Fuad Mədətov
Finss.az