Finss.az - Dövlət olaraq kənd təsərrüfatında fəaliyyət göstərən bütün subyektləri, yəni kiçik ailə təsərrüfatlarından tutmuş iri aqroparklaradək dəstəkləmək bizim strateji prioritetimizdir.
Bu dəstəyin mühüm komponentlərini subsidiyalar, güzəştli maliyyələşmə, texniki təminat və institusional təşviqlər təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov IV Aqrobiznesin İnkişafı Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, ötən il ərzində 6 477 texnika üçün 83,9 milyon manat, bu il isə 9 107 texnika üçün 80,8 milyon manat güzəştli vəsait ayrılıb.
“Həmçinin 2024-cü ildə 5 830 baş damazlıq heyvan üzrə 17,4 milyon manat güzəşt təqdim olunub. Bu maliyyə təşviqləri həm yerli istehsalın stimullaşdırılmasına, həm də iqlim risklərinə dayanıqlı təsərrüfatların qurulmasına xidmət edir”, - deyə o qeyd edib.