BANK

02 May

Sahibkarlara dəstək: İllik 17.50%-dən başlayan faizlə kreditlər

“FinTrend” BOKT MMC, fərdi sahibkarlar və hüquqi şəxslər üçün mikro kreditlər təklif edir.

Finss.az xəbər verir ki, kreditin maksimal məbləği 50,000 AZN-ə qədərdir və kreditin müddəti 60 aya qədər uzadıla bilər.

Kreditin faiz dərəcəsi 15%-dən başlayır, FİFD (Faktiki illik faiz dərəcəsi) isə minimum 17.50%-dir. Komissiya haqqı minimum 1%-dir. Kredit üçün müraciət edən şəxslərdən şəxsiyyət vəsiqəsi və rəsmi gəlirləri təsdiq edən sənəd tələb olunur. Ayrıca, VÖEN (vergi ödəyicisi şəhadətnaməsi) təqdim edilməsi vacibdir.

Ətraflı məlumat üçün keçid: //www.fintrend.az/

Fuad Mədətov
Finss.az