“FİNOKO” BOKT ASC, Aqrar Kredit və İnkişaf Agentliyinin fond vəsaitləri hesabına kənd təsərrüfatının inkişafını dəstəkləyir.
Finss.az xəbər verir ki, bu kreditlər, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması və satışı, regionların aqrar inkişafı, kənd təsərrüfatı istehsal vasitələrinin təchizatı və heyvandarlıq təsərrüfatlarının inkişafını hədəfləyir. Kredit məbləği 15.000 manatdan 1 milyon manata qədər dəyişir və faiz dərəcəsi 7%-12% arasındadır. Kreditlər, mikrokreditlərdən böyük həcmli kreditlərə qədər fərqli hədlərdə təklif olunur və güzəşt müddəti 12 ayadəkdir. Güzəşt müddətində yalnız faiz borcu ödənilir, əsas borc isə müddət bitdikdən sonra ödənməyə başlanır. Kredit almaq üçün şəxsiyyət vəsiqəsi, VÖEN, girov və torpaq sənədi tələb olunur.
Ətraflı məlumat üçün keçid: //finoko.com/akia
Fuad Mədətov
Finss.az