Bank VTB (Azərbaycan), mikro biznesini canlandırmaq və genişləndirmək istəyən sahibkarlara yeni və sərfəli kredit imkanları təqdim edir. Bankın təklif etdiyi mikro biznes krediti ilə sahibkarlar 50 000 AZN-dək kredit alaraq bizneslərini böyütmək və inkişaf etdirmək imkanı əldə edirlər.
Finss.az xəbər verir ki, bu kreditin müddəti 36 aya qədər uzanır və faiz dərəcəsi 18%-dən başlayır. Kreditin ən böyük üstünlüyü isə komissiya xərclərinin olmamasıdır. Kampaniya çərçivəsində 0% komissiya tətbiq olunur, bu da sahibkarlara əlavə xərclərdən qaçmağa imkan verir.
Mikro biznes krediti həmçinin onlayn şəkildə sifariş edilə və rəqəmsal SİMA İmza ilə məsafəli şəkildə rəsmiləşdirilə bilər. Bu xüsusiyyət, sahibkarlara asanlıqla və rahat şəkildə kredit alma imkanı tanıyır, beləliklə banka gəlməyə ehtiyac qalmır.
Bank VTB (Azərbaycan) mikro biznes kreditini girovsuz təqdim edir, bu da kiçik biznes sahibləri üçün əlavə bir rahatlıqdır. Sahiblər kreditin məbləğini istədikləri zaman və yerə çatdırılmasını tələb edə bilərlər. Bu, xüsusilə kiçik bizneslər üçün böyük bir üstünlükdür.
Ətrfalı məlumat üçün linkə daxil olun.
Fuad Mədətov
Finss.az