BANK

01 May

Mikro sahibkarlıq üçün real maliyyə aləti: 100 min. manatadək kredit

“Caspian Finance” BOKT MMC, mikro-biznes sahəsində fəaliyyət göstərən sahibkarlara geniş miqyasda maliyyə dəstəyi təqdim edir.

Finss.az xəbər verir ki, təşkilat, sadə sənəd tələbləri və çevik şərtlərlə biznesin inkişafını sürətləndirməyi hədəfləyir.

1 000 manatdan 100 000 manatadək təklif olunan kreditlər, 6 aydan 36 ayadək müddəti əhatə edir. Kreditlərə illik 22%-dən 28%-dək faiz dərəcəsi tətbiq olunur. Bu şərtlər mikro və kiçik sahibkarlıq subyektlərinin öz fəaliyyətlərini genişləndirməsi üçün əlverişli maliyyə mühiti yaradır.

Kredit üçün yalnız şəxsiyyət vəsiqəsi və VÖEN tələb olunur. Kredit müraciəti zamanı 20 yaşdan 65 yaşa qədər olan şəxslər nəzərə alınır ki, bu da geniş yaş kateqoriyasını əhatə edərək daha çox sahibkara imkan yaradır.

“Caspian Finance” mikro-biznes kreditləri vasitəsilə istehsal, xidmət, ticarət və digər sahələrdə fəaliyyət göstərən sahibkarların dövriyyə kapitalını artırmağa və bizneslərini genişləndirməyə şərait yaradır.

Ətraflı məlumat və müraciət üçün: //caspianfinance.az/kreditler/#105

Fuad Mədətov
Finss.az