BANK

29 Aprel

Azərbaycanda problemli kreditlərin həcmi açıqlanıb

2025-ci il aprelin 1-nə olan məlumata əsasən, Azərbaycanda vaxtı keçmiş kreditlərin ümumi məbləği 481,6 milyon manat təşkil edib.

Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesabata görə, bu rəqəm cari ilin əvvəli ilə müqayisədə 7,2% və ya 32,5 milyon manat çoxdur. Son bir ildə isə problemli kreditlərin həcmi 2,3% və ya 10,9 milyon manat artıb.

Eyni zamanda, ümumi kredit portfeli üzrə (BOKT-lər və kredit ittifaqları da daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı 1,62% təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,23 faiz bəndi azalma deməkdir.

Fuad Mədətov
Finss.az