Bank Avrasiya ASC-nin 2025-ci ilin I rübü üzrə maliyyə göstəriciləri, kredit portfelinin ümumi azalma trendini izlədiyini göstərir.
Finss.az bankın maliyyə hesabatına əsasən xəbər verir ki, bankın ümumi kredit portfeli 3,33% azalaraq 131 627 manata düşüb. 2024-cü ilin eyni dövründə bu göstərici 136 164 manat idi.
Biznes kredit portfeli də azalmağa davam edib və 7,28% enərək 59 197 manata geriləyib. 2024-cü ilin yanvar-mart dövründə biznes kredit portfeli 63 846 manat idi. Bu, bankın biznes sektorundakı fəaliyyətində qeyri-aktivliyin və ya tələbin azalmasının göstəricisidir.
İstehlak kredit portfeli də azalmağa meyllidir və 1,36% azalaraq 15 100 manata düşüb. 2024-cü ilin eyni dövründə bu göstərici 15 308 manat idi. Bu da istehlakçıların kreditə olan tələbinin bir qədər zəiflədiyini göstərir.
Lakin bankın ipoteka krediti sahəsində müsbət bir inkişaf var. İpoteka kredit portfeli 2,34% artaraq 57 330 manata yüksəlib. 2024-cü ilin yanvar-mart dövründə bu göstərici 56 016,73 manat idi. Bu, bankın müştərilərinə uyğun ipoteka şərtləri təklif etməsi və bu sahədə müsbət bir dəyişiklikə nail olması deməkdir.
Fuad Mədətov
Finss.az