BANK

28 Aprel

"AFB Bank"ın biznes kredit portfeli zəif artım göstərir

AFB Bank ASC-nin 2025-ci ilin I rübü üzrə maliyyə nəticələri, ümumilikdə kredit portfelində müsbət dəyişikliklər göstərsə də, bəzi sahələrdə artımın məhdud olduğu müşahidə olunur.

Finss.az bankın maliyyə hesabatına əsasən xəbər verir ki, bankın ümumi kredit portfeli 2,05% artaraq 186 841 manata çatıb. 2024-cü ilin eyni dövründə bu göstərici 183 091 manat idi.

Biznes kredit portfeli isə 1,93% artaraq 93 932 manata yüksəlib. 2024-cü ilin yanvar-mart dövründə biznes kredit portfeli 92 154 manat idi. Bu artım, bankın biznes sahəsindəki maliyyə fəaliyyətində müsbət istiqamət olsa da, artımın daha böyük olacağı gözlənilirdi.

İstehlak kredit portfeli 8,74% artaraq 23 013 manata yüksəlib. 2024-cü ilin eyni dövründə bu göstərici 21 163 manat idi. Bu artım, bankın istehlak krediti sahəsində daha fəal olduğunu və müştərilərinin ehtiyaclarını qarşılamaq üçün fəaliyyətini genişləndirdiyini göstərir.

İpoteka krediti də müsbət inkişaf nümayiş etdirərək 9,93% artıb və 69 896 manata çatıb. 2024-cü ilin yanvar-mart dövründə bu göstərici 63 580,6 manat idi. İpoteka kreditlərindəki bu artım, bankın bu sahədəki müştəri tələblərinə cavab verdiyini göstərir.

Fuad Mədətov
Finss.az