BANK

28 Aprel

"Bank VTB (Azərbaycan)"nın biznes, istehlak və ipoteka kreditləri artıb

Bank VTB (Azərbaycan) ASC 2025-ci ilin yanvar-mart dövrü üzrə maliyyə göstəricilərini açıqlayıb.

Finss.az xəbər verir ki, bankın ümumi kredit portfeli 0,33% artaraq 235,764 min manat təşkil edib. 2024-cü ilin I rübündə bu göstərici 234,993 min manat idi.

Biznes kreditləri sahəsində 15,92% artım müşahidə olunub. 2025-ci ilin I rübündə biznes kredit portfeli 76,210 min manata çatıb, 2024-cü ilin eyni dövründə bu rəqəm 65,741 min manat idi.

İstehlak kreditləri sahəsində də müsbət irəliləyişlər qeydə alınıb. İstehlak kredit portfeli 21,96% artaraq 99,951 min manata yüksəlib, 2024-cü ilin I rübündə bu göstərici 81,954 min manat olmuşdu.

İpoteka kreditləri sahəsində də artım qeydə alınıb. İpoteka kredit portfeli 18,48% artaraq 59,604 min manata çatıb, 2024-cü ilin I rübündə bu rəqəm 50,306 min manat idi.

Fuad Mədətov
Finss.az