Unibank KB ASC 2025-ci ilin yanvar-mart dövrü üzrə kredit portfelində artım nümayiş etdirib.
Finss.az xəbər verir ki, bankın ümumi kredit portfeli 1,37% artaraq 1 milyon 170 min 339 manata çatıb, 2024-cü ilin eyni dövründə bu göstərici 1 milyon 154 min 523 manat idi.
Biznes kredit portfeli isə əhəmiyyətli bir artım göstərərək 31,59% yüksələrək 457 min 337 manata yüksəlib, 2024-cü ilin yanvar-mart ayında bu rəqəm 347 min 557 manat idi.
İstehlak kredit portfeli 0,80% artaraq 612 min 677 manata yüksəlib, 2024-cü ilin eyni dövründə isə 607 min 843 manat olub.
İpoteka krediti sahəsində də artım müşahidə edilib. 2025-ci ilin ilk rübündə ipoteka kreditləri 8,98% artaraq 100 min 326 manata yüksəlib, 2024-cü ilin eyni dövründə bu rəqəm 92 min 59 manat idi.
Fuad Mədətov
Finss.az