BANK

28 Aprel

"Xalq Bank"ın istehlak və ipoteka kredit portfelləri artıb

Xalq Bank ASC 2025-ci ilin yanvar-mart dövrü üzrə kredit portfelinin göstəricilərini açıqlayıb.

Finss.az xəbər verir ki, bankın ümumi kredit portfeli 2,58% azalıb və 1 milyon 838 min 589 manat olub. 2024-cü ilin eyni dövründə bu göstərici 1 milyon 887 min 236 manat idi.

Biznes kredit portfeli isə 10,78% azalıb və 1 milyon 85 min 521 manata enib, 2024-cü ildə isə bu rəqəm 1 milyon 216 min 650 manat idi.

İstehlak kredit portfeli 6,61% artaraq 276 min 460 manata çatıb. 2024-cü ilin yanvar-mart ayında bu göstərici 259 min 326 manat idi.

İpoteka krediti sahəsində isə əhəmiyyətli artım qeydə alınıb. Xalq Bank-ın ipoteka kredit portfeli 26,17% artaraq 476 min 608 manata yüksəlib, 2024-cü ilin eyni dövründə bu göstərici 377 min 761 manat idi.

Fuad Mədətov
Finss.az