2024-cü ildə Səudiyyə Ərəbistanından Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin həcmi 20,5 milyon ABŞ dolları təşkil edib.
Finss.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən yaydığı məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 3,6 milyon dollar və ya 21,5% artım deməkdir. Hesabat dövründə Səudiyyə Ərəbistanının ümumi pul köçürmələrində payı 1,9% olub.
Xatırladaq ki, 2023-cü ildə Səudiyyə Ərəbistanından Azərbaycana fiziki şəxslərin pul köçürmələri 16,9 milyon dollar təşkil etmişdi.
Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən göndərilən vəsaitin həcmi 526,8 milyon dollar olub. Bu isə ötən illə müqayisədə 23,4 milyon dollar və ya 4,2% azalma deməkdir.
Eyni zamanda, ötən il xarici ölkələrdən Azərbaycana daxil olan pul köçürmələrinin ümumi həcmi 1,08 milyard dollar təşkil edib. Bu da 2023-cü illə müqayisədə 571,9 milyon dollar və ya 34,6% azdır.
Fuad Mədətov
Finss.az