Bank VTB (Azərbaycan) ASC-nin 2025-ci ilin I rübü üzrə maliyyə nəticələri açıqlanıb.
Finss.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bank 2025-ci ilin yanvar-mart aylarında depozit portfelini 128 357 manata çatdırıb. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 61,90% artım deməkdir, çünki 2024-cü ilin I rübündə bankın depozit portfeli 79 284 manat olub.
Bankın xalis mənfəəti 2025-ci ilin I rübündə 3 306 000 manat təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu göstərici 2 202 000 manat olub, yəni 50,14% artım müşahidə edilib.
Bank VTB (Azərbaycan)-ın aktivləri 2025-ci ilin yanvar-mart ayında 348 541 manat olub. Bu, 2024-cü ilin analoji dövründəki 243 399 manatla müqayisədə 43,20% artım deməkdir.
Fuad Mədətov
Finss.az