BANK

24 phrase_var_core.april

"TuranBank"ın depozit portfeli 2 dəfə yaxın artıb

TuranBank ASC-nin 2025-ci ilin I rübü üzrə maliyyə nəticələri açıqlanıb.

Finss.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bank 2025-ci ilin yanvar-mart aylarında depozit portfelini 437 826 manata çatdırıb. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 192,51% artım deməkdir, çünki 2024-cü ilin I rübündə bankın depozit portfeli yalnız 149 679 manat olub.

Bankın xalis mənfəəti 2025-ci ilin I rübündə 1 216 000 manat təşkil edib. 2024-cü ilin analoji dövründə isə bankın xalis mənfəəti sıfır olub.

TuranBank-ın aktivləri 2025-ci ilin yanvar-mart ayında 875 469 manat olub. Bu göstərici 2024-cü ilin eyni dövründəki 883 681 manatla müqayisədə 0,93% azalma deməkdir.

Fuad Mədətov
Finss.az